Sen 20, 2017 10:15 Asia/Baku
  • Ruhani: ABŞ-ın nüvə anlaşmasından çıxması ilə İran da öz seçimini etmiş olacaq
    Ruhani: ABŞ-ın nüvə anlaşmasından çıxması ilə İran da öz seçimini etmiş olacaq

İran İslam Respublikası prezidenti deyib: ABŞ hökumətinin siyasətləri ölkələr, ziyalılar və dünya ictimaiyyəti üçün proqnoz ediləsi deyil. Bu isə hər kəsdən daha çox, ABŞ xalqının özü üçün zərərlidir. Çünki, davamlı əlaqələr sadəcə gələcəyə olan etimad üzərində qurulur.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı Amerikanın NBC telekanalına verdiyi eksklüziv müsahibədə ABŞ prezidentinin ədəbiyyatı və rəftarının bütün müsbət atmosferləri korladığını deyib: "İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşması bir beynəlxalq anlaşmadır və bütün tərəflərin xeyrinədir. Əgər ABŞ bu anlaşma qarşısındakı öhdəliklərindən boyun qaçırdarsa, bu ölkələrin ABŞ-a etimadının itirilməsi mənasında olacaq. Bu isə ABŞ üçün ciddi mənfi nəticələrə gətirib çıxarda bilər. 

Ruhani nüvə anlaşmasının beynəlxalq konstruktiv əməkdaşlıqlara yol açdığını deyərək, əlavə edib: ABŞ-ın nüvə anlaşmasından çıxması ilə yeni vəziyyət yaranmış olacaq və o zaman İran milli maraqlarına uyğun olaraq seçim etmək üçün fərqli seçimlərə malik olacaq. 

Ruhani daha sonra İranı hərbi təcavüz və terrorizmin qurbanı adlandırıb və deyib: Raket İranın müdafiə qüdrətidir və nüvə anlaşması ilə heç bir əlaqəsi yoxdur. İran öz nüvə qüdrəti barədə heç bir tərəf ilə də müzakirə aparmayacaq. 

İran İslam Respublikası prezidenti sonda Tehranın nüvə silahları ilə müxalif olduğunu vurğulayıb və deyib: Nüvə silahı dünya sülhü və təhlükəsizliyinin xeyrinə olmayacaq. 

Teqlər