Sen 22, 2017 09:44 Asia/Baku

Bu gün cümə, 22 sentyabr İraqın Bəəs rejiminin İran İslam Respublikasına qarşı müharibəni başlatdığı günə təsadüf edir.

İraqın o zamankı diktatoru Səddam Hüseyn 22 sentyabr 1980-ci ildə, bir həftə ərzində Tehranı ələ keçirəcəyi təsəvvürü ilə, İrana qarşı geniş hərbi əməliyyatlara başladı. 

İran təqvimində 22 sentyabr "Müqəddəs Müdafiə Həftəsi"nin başlanğıc günü olaraq qeyd olunub. 

İraqın Bəəs rejimi 37 il öncə İran İslam Respublikası quruluşunu devirmək məqsədi ilə dünyanın zorakı qüdrətlərinin yaşıl işığı və hərtərəfli dəstəyi ilə İrana hücum etdi və bu müharibə 8 il davam etdi. 

İraq ordusu 8 il sürən müharibə dövründə imperialist qüdrətlər və Fars körfəzi ətrafında yerləşən Ərəb ölkələri tərəfindən tam dəstəyə malik idi. 

8 illik Müqəddəs Müdafiə dövrünün təcrübəsi bir daha sübut etdi ki, bütün məhdudiyyətlərə, iqtisadi və maliyyə problemlərinə baxmayaraq, güclü iradə və əzmkarlıq ilə dünyanın imperialist gücləri qarşısında dayanmaq və qalib gəlmək olar. 

Teqlər