Sen 22, 2017 10:54 Asia/Baku
  • 8-ci imamın pak hərəminin günbəzi üzərində Hüseyn əzadarlığı bayrağı dalğalandırılıb

Məhərrəm ayının başlanması və şiələrin 3-cü imamı həzrət Hüseyn(ə) üçün əzadarlıq günlərinin başlanması ilə İmam Rza(ə)-ın Məşhəd şəhərindəki məqbərəsinin günbəzi üzərində dalğalanan yaşıl bayraq və zərihin örtüyü xüsusi bir mərasim ilə dəyişdirilib və matəm əlaməti olaraq qara bayraq və qara örtük ilə əvəz edilib.

Bu gün cümə 22 sentyabr 2017-ci il, 1 məhərrəm 1439-cu hicri qəməri ilidir. 

İmam Rza(ə)-ın pak məqbərəsinin günbəzi üzərindəki bayraq və o həzrətin zərihinin örtüyü bayramlar və şəhadətlərdə dəyişdirilir. 

Məhərrəm və Səfər əzadarlıqları münasibəti ilə İmam Rza(ə)-ın məqbərəsinin günzəbi üzərində 63 gün müddətinə qara bayraq dalğalanacaq. 

Şəhadət günlərində bayraq və zərihin örtüyü "qara", bayramlar və mövludlarda isə "yaşıl" rəngdə olur. 

Teqlər