Vilayəti: İranın təhlükəsizlik, müstəqillik və inkişaf yolu davam etdiriləcək
İran İslam İnqilabı Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: Bütün düşmənçiliklər və fitnələrə rəğmən, İranın təhlükəsizlik, sabitlik, müstəqillik və inkişaf yolu davam etdiriləcək.
Əli Əkbər Vilayəti cümə günü ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı səfeh sözlərinə reaksiya olaraq bu sözləri düşmənlərin İran İslam Respublikasına qarşı fitnəsi və düşmənçiliyinin aydın nümunəsi adlandırıb.
Tramp BMT Baş Assambleyasındakı çıxışında İranı terrorizmi himayə etməkdə ittiham etmişdi.
İran silahlı qüvvələrinin ali baş komandanının müşaviri və köməkçisi general-mayor seyid Yəhya Rəhim Səfəvi də Trampın çıxışına reaksiya olaraq, ABŞ prezidentinin sözlərini Vaşinqtonun regionla bağlı siyasətlərinin uğursuzluq nişanəsi adlandırıb.