Ruhani: Məktəb mühitində başqalarının düşüncələrinə dözmək və hörmət etmək lazımdır
İran İslam Respublikasının prezidenti məktəblərin açılış mərasimində və 97-96 tədris ilinin başlanğıcında məktəblərin mühitinin əxlaqi və ədəbi mühit olması zəruriliyini vurğulayaraq, deyib: Məktəb mühitində başqalarının düşüncələrinə dözmək və hörmətlə yanaşmaq lazımdır.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda Şəhid Modərres adına ixtisaslaşdırılmış qız məktəbində keçirilən bu mərasimdə bu ilin mehr sorğusu kimi bu sualı verib: Məktəb mühitində başqalarının düşüncələrinə hörmət, tolerantlıq, əxlaq və ədəbi necə məşq etməliyik?
Ruhani sonra məktəblərin açılışı və 97-96 tədris ilinin başlanması, həmçinin onun İmam Hüseyn(ə)-ın və onun sadiq silahdaşlarının fədakarlıq müraciətinə təsadüf etməsini əziz tutubdur.
İran İslam Respublikasının prezidenti habelə deyib: Bu gün iranlı yeniyetmə və gənc məktəbli və tələbələr dünya səviyyəsində müxtəlif elmi sahələrdə bir çox uğurlar qazanıblar. O, sonra belə qeyd edib: Fəaliyyətlərdə nöqsanların aradan qaldırılması ilə mənbələr və sərmayələrdən ən yaxşı tərzdə istifadə etmək olar.