İran baş prokuroru Myanma müsəlmanlarına qarşı cinayət haqda məktub yazdı
Sen 24, 2017 21:51 Asia/Baku
İranın baş prokuroru bəzi region ölkələrinin baş prokurorlarına ayrı-ayrılıqda ünvanladığı məktublarda bu ölkələrin Myanma müsəlmanlarının qırğını qarşısında ciddilik və qətiyyətlilik göstərmələrini və müsəlmanlara qarşı cinayətlərin durdurulmasında milli və beynəlxalq potensiallardan istifadə etmələrini istəyib.
İSNA-nın məlumatına görə, İranın baş prokuroru Höccətülislam Məhəmməd Cəfər Müntəziri Qətər, Türkiyə, Malayziya, İndoneziya, Oman, Pakistan və Rusiya baş prokurorlarına məktub ünvanlayıb.