Brucerdi: ABŞ-ın nüvə anlaşmasından çıxması ilə zənginləşdirmə prosesinin artırılması nəzərdə tutulub
https://azeri.sahartv.ir/news/İran-i283621-brucerdi_abŞ_ın_nüvə_anlaşmasından_çıxması_ilə_zənginləşdirmə_prosesinin_artırılması_nəzərdə_tutulub
İran İslam Respublikası İslam Şurası Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri ABŞ-ın nüvə anlaşmasından çıxması ilə İran İslam Respublikasının uranın zənginləşdirilməsini artıracağını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 07:39 Asia/Baku
  • Brucerdi: ABŞ-ın nüvə anlaşmasından çıxması ilə zənginləşdirmə prosesinin artırılması nəzərdə tutulub
    Brucerdi: ABŞ-ın nüvə anlaşmasından çıxması ilə zənginləşdirmə prosesinin artırılması nəzərdə tutulub

İran İslam Respublikası İslam Şurası Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri ABŞ-ın nüvə anlaşmasından çıxması ilə İran İslam Respublikasının uranın zənginləşdirilməsini artıracağını deyib.

Əlaəddin Brucerdi İSNA xəbər agentliyinə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın nüvə anlaşması ilə bağlı son açıqlamalarına işarə edərək, deyib: Amerika nüvə anlaşması ilə bağlı sərgilədiyi mövqe ilə özünü dünyada etibardan salıb və əgər anlaşma tərəfləri artıq nüvə anlaşmasını istəmədiklərini deyərlərsə, dinc məqsədlər üçün olan nüvə fəaliyyətləri çərçivəsində İran uranın zənginləşdirilməsini daha ciddi formada izləyə ilər. 

Tramp 19 sentyabrda BMT Baş Assambleyasının 72-ci sesiyasında etdiyi çıxışında İran ilə nüvə anlaşmasını bir neçə dəfə dəhşətli anlaşma adlandırdı. Tramp davamlı olaraq nüvə anlaşmasının digər tərəflərinin əksinə olaraq, bu anlaşmanın pozulmasını istəyir. 

Brucerdi həmçinin deyib: Nüvə anlaşması rəsmi bir beynəlxalq anlaşmadır və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Buna görə də, amerikalılar bu anlaşmaya qarşı mövqe sərgiləməklə, sadəcə özlərini təcrid etmiş olurlar. 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri əlavə edib: ABŞ-ın nüvə anlaşmasından çıxması qarşısında İranın reaksiyası ilə bağlı yekun qərar Ali Milli Təhlükəsizlik Şurası və Nüvə anlaşmasına nəzarət edən İran heyətinin qərarından asılıdır.