Sen 26, 2017 21:28 Asia/Baku
  • İranın qərbinə yeni raket təchizatları göndərilib
    İranın qərbinə yeni raket təchizatları göndərilib

İran İslam Respublikası ordusunun Xatəmül-Ənbiya(s) havadan müdafiə qərargahının əməliyyat üzrə komandan müavini İranın havadan müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə ölkənin qərbinə yeni raket təchizatlarının göndərilməsindən xəbər verib.

General Mayor Əlirza İlhami İranın hərhansı ehtimal olunan təcavüzə qətiyyətli reaksiya verməyə hazır olduğunu bildirərək deyib: Xatəmül-Ənbiya(s) havadan müdafiə qərargahı özünün vəzifələri və missiyaları çərçivəsində ölkənin qərbində ordu və islam inqilabının keşikçiləri korpusunun hərbi təlimləri üçün lazımı havadan müdafiə örtüyü yaradıb. 

Xatəmül-Ənbiya(s) havadan müdafiə qərargahının əməliyyat üzrə komandan müavini deyib: İranın qərb bölgələrində bütöv havadan müdafiə şəbəkəsinin nəzarəti altında Etibarlı, ağıllı və davamlı  hava təhlükəsizliyinin müxtəlif növlü radar, raket, əlaqə, informasiya və artileriya təchizatları vasitəsi ilə təmin edilməsi davamlı şəkildə həyata keçirilməkdədir. 

Teqlər