İraqçı: ABŞ nüvə silahlanması rəqabəti başladıb
İran İslam Respublikası xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini nüvə silahına malik olan ölkələrin bu silahların məhv edilməsi üzrə öhdəliklərinə əməl etməmələrini qınayıb və deyib: ABŞ yeni nüvə silahlanması rəqabəti başladıb.
İRİB-nin verdiyi məlumata görə, Seyid Abbas İraqçı çərşənbə axşamı BMT Baş Assambleyasının "Nüvə Silahlarının Məhvi" beynəlxalq günü münasibəti ilə təşkil etdiyi iclasda deyib: ABŞ-ın öz nüvə cəbbəxanasını genişləndirmək üzrə son rəftarı yeni nüvə silahlanması rəqabətinə aşkar dəvət sayılır.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini daha sonra deyib: Cari ildə BMT-də nüvə silahlarının qadağan edilməsi protokolunun qəbul edilməsi artıq dünya ölkələrinin bu vəziyyəti qəbul etmədiklərini göstərir.
İraqçı İranın nüvə silahlarına qadağa müahidəsinin külliyatını dəstəklədiyini deyərək, əlavə edib: bəzi ölkələrin əksinə olaraq, İran İslam Respublikası bu müahidənin NPT protokolu üçün təhlükə olmadığına, əksinə onu daha da gücləndirdiyinə inanır.
İraqçı NPT protokolunun əsas məqsədinin dünyanın nüvə silahlarından təmizlənməsi olduğunu deyərək, İsrail rejiminin də bu protokola qoşulmasını bir zərurət adlandırıb.
Amerika 2016-cı ilin əvvəlində 7000 nüvə başlığına malik olub. İsrail rejimi isə 300 nüvə başlığına malik olmaqla Yaxın Şərq və dünya üçün ciddi təhdid sayılır.