İran Myanma müsəlmanlarına üçüncü yardım yükünü göndərəcək
Sen 29, 2017 17:13 Asia/Baku
İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Nicat Təşkilatının sədri bildirib ki, qərar üzrə İranın Myanma müsəlmanlarına üçüncü yardım yükü bu gün Banqladeşə göndərilməli idi. O, deyib ki, Banqladeş hava limanının izdihamlı olması ucbatından bu yük çərşənbə axşamı günü göndəriləcək.
İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Nicat Təşkilatının sədri Mortəza Səlimi bu gün IRNA ilə müsahibədə bildirib: Həyata keçirilmiş proqramlaşdırmalara əsasən, qərar üzrə İranın üçüncü yardım yükü bu gün səhər Banqladeş hava limanına daxil olmalı idi ki, həmin ölkənin rəsmiləri aeroportun kiçikliyi və izdihamına görə, İran təyyarəsinə daxilolma icazəsi verməyiblər.