Okt 02, 2017 12:19 Asia/Baku
  • İran Fransa və Kanadadakı terror hücumlarını pisləyib
    İran Fransa və Kanadadakı terror hücumlarını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən Fransanın Marsel və Kanadanın Edmonton şəhərlərində törədilmiş və bir qrup insanın həyatını itirməsi və yaralanması ilə nəticələnmiş terror hücumlarını pisləyib və həlak olanların ailələrinin kədərilə bölüşübdür.

Bəhram Qasemi dünən gecə belə qeyd edib: Bəzi ölkələrin başlarının terrorizm ticarətinə və yanlış ünvanlar verməyə qızışdığı bir halda, bir daha zorakılıq, terror və vəhşiliyin çirkin siması müdafiəsiz və günahsız insanları hədəfə alaraq, yeni cinayətlər törətdi.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Bəşəriyyət və bütün ölkələr müasir dövrün ən ciddi bəşəri müsibətlərindən biri olan terrorizmin insan qüvvəsinin təmini, maliyyə dəstəyi və təfəkkür köklərini qurutmaq üçün əhatəli bir hərəkatda ayağa qalxmalıdırlar.

Əli bıçaqlı bir şəxs bazar günü Fransanın cənubundakı Marsel liman şəhərində iki nəfəri öldürüb.

Kanadanın Edmonton şəhərində isə bir nəfər avtomobilini piyadaların üstünə sürübdür. Bu hücumda bir polis və dörd vətəndaş yaralanıbdır.

Teqlər