Okt 04, 2017 11:45 Asia/Baku
  • Myanma müsəlmanları
    Myanma müsəlmanları

İran Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü İran İslam Respublikasının rohinca müsəlmanlarına humanitar yardımlar göndərməsi üçün yol xəritəsinin tənzimlənilməsi və təkmilləşdirilməsi üzrə müşavirə keçirib.

Bu müşavirə iclası İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpurun başçılığı ilə keçirilib. 

İclasda qərara alınıb ki, İran İslam Respublikasının humanitar yardımının Banqladeş sərhədi vasitəsi ilə qısa müddət ərzində və dərhal göndərilməsi, eləcə də İranın ilk humanitar yardımlarının Myanmaya birbaşa göndərilməsi çərçivəsində qeyd olunan ölkələrdə əlaqədar dairələrlə lazımi koordinasiya işləri görülsün. 

Myanma müsəlmanlarına kömək etmək üçün  İranın 40 tonluq ilk humanitar yardımı 15 sentyabrda, 30 tonluq ikinci yardımı isə 30 sentyabrda Banqladeşə daxil oldu. 

Teqlər