Türkiyə prezidenti Tehrana gəldi
Okt 04, 2017 13:57 Asia/Baku
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək səviyyəli heyətin müşayiəti ilə İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədiliə bu gün Tehrana gəlib.
İqtisadi əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsinin aparılması İran və Türkiyə prezidentlərinin danışıqlarının əsas mehvəri olacaqdır.
Həmçinin bu səfər çərçivəsində iki ölkənin yüksək səviyyəli son görüşlərində İran və Türkiyənin anlaşmaları araşdırılacaq.
Türkiyə prezidenti Tehran səfərində kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum haqda da İranın yüksək səviyyəli rəsmiləri ilə müzakirə aparacaq.
Ərdoğanın səfəri çərçivəsində Türkiyə və İranın Strateji Əməkdaşlıq Ali Şurasının iclası təşkil olunacaq.