Okt 04, 2017 15:43 Asia/Baku
  • Ruhani: Calal Talibani İraqın milli birliyində önəmli rola malik idi

İran İslam Respublikası prezidenti İraqın eks-prezidenti və Kürdüstan Vətən Birliyinin baş katibi Calal Talibaninin vəfat etməsi ilə bağlı İraq dövləti və xalqına başsağlığı verib.

İran prezidenti Həsən Ruhani çərşənbə günü verdiyi müraciətdə bildirib: Calal Talibani İraq tayfaları arasında bağların möhkəmlənməsi üçün çox çalışdı və İraqın milli birliyi, siyasi prosesin gücləndirilməsi və bu ölkənin regional və beynəlxalq mövqeyinin yüksəldilməsində önəmli rola malik idi.

İran prezidenti İran və İraq xalqlarının dostluq münasibətlərinin möhkəmləndirilməsində Talibaninin roluna toxunub və ümidvarlıq edib ki, Calal Talibaninin ictimai və tarazlığı qoruyan yolu dəyərli irs olaraq İraqın siyasi mədəniyyəti və bu ölkənin tayfaları və etnosları arasında diqqət mərkəzində saxlanılacaq.

Calal Talibani 2012-ci ilin sonlarında beyin insultu keçirdikdən sonra Almaniyaya aparıldı və 19 aydan sonra İraq Kürdüstanına qayıtdı. Nəhahət bir müddət öncə durumu ağırlaşdıqdan sonra bir daha Almaniyaya aparıldı və ötən gün 84 yaşında vəfat etdi.

Teqlər