Laricani və Şəmxani Talibaninin vəfatı ilə bağlı başsağlığı veriblər
İran İslam Şurası Məclisinin sədri və Ali Milli Təhlükəsizlik Şurasının katibi İraqın eks-prezidenti Calal Talibaninin vəfatı ilə bağlı başsağlığı veriblər.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə günü parlamentin plenar iclasında bildirib: Calal Talibani İraqın yeni quruluşunun təşkil olunması və onun idarə olunmasında alqışalayiq rola malik idi. Həmişə prezidentliyi dövründə İslam Respublikası ilə müsbət və konstruktiv əlaqələr qurdu və onu İraqın müasir tarixinin əbədi simalarından adlandırmaq lazımdır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də bir müraciətdə xatırladıb: Talibani İraq ərazisi və xalqının Səddam diktaturası və Bəəs partiyasının zülmündən azad olunması istiqamətində çoxlu fədakarlıq göstərdi və ondan sonra da İraqın beynəlxalq mövqeyə qayıtması istiqamətində heç bir səyi əsirgəmədi.
Calal Talibani 2012-ci ilin sonlarında beyin insultu keçirdikdən sonra Almaniyaya aparıldı və 19 aydan sonra İraq Kürdüstanına qayıtdı. Nəhahət bir müddət öncə durumu ağırlaşdıqdan sonra bir daha Almaniyaya aparıldı və ötən gün 84 yaşında vəfat etdi.