Ordu generalı Səfəvi: İran həmişə İraq Kürdüstanı əhalisinin hamisi olmuşdur
İranın Ali Baş Komandanının müşaviri İslam Respublikasının İraq Kürdüstanı əhalisinin həmişə hamisi olduğunu bəyan edərək deyib: İran İslam Respublikasının dəstəyi olmasaydı, İraq Kürdüstanı İŞİD terror qruplaşması tərəfindən işğal olunardı.
İSNA-nın məlumatına görə, ordu generalı Seyid Yəhya Səfəvi İranın müxtəlif dövrlərdə İraq kürdlərinə 50 illik dəstəyinə toxunaraq deyib: Ötən 50 il ərzində İranın İraq kürdlərinə dəstəyi davam edib və İran İslam Respublikasının son dəstəyi İŞİD-in irəliləyişinin qarşısını almaq idi. Belə ki, Ərbilin təxminən 30 kilometrliyində idi. İran İŞİD-çiləri hərbi qüvvəsi ilə geri oturtdu.
Ali Baş Komandanın müşaviri İraq Kürdüstanı bölgəsində son referenduma toxunaraq əlavə edib: Bu referendumun keçirilməsi bir tərəfdən bu bölgə rəhbəri Məsud Barzaninin avantüristliyi, digər tərəfdən sionistlər, amerikalılar və bəzi ərəb ölkələri tərəfindən kürd muxtariyyətində gərginliyin yaradılmasına dəstək vardı.
Ordu generalı Səfəvi regionda uzun və daimi münaqişə və müharibələrin yaradılmasını regionun coğrafi sərhədlərinin dəyişilməsinin mənfi cəhətlərindən adlandırıb və deyib: Bu dəyişiklik bölgədə daimi iştirak üçün ABŞ və sionistlərin başçılıq etdiyi beynəlxalq imperializmin tələbidir.