İran neft naziri Rusiyanın energetika naziri ilə görüşüb
İranın neft naziri Bijən Namdar Zəngənə Moskvada Rusiya energetika naziri Aleksandr Novakla görüşdə iki ölkənin əməkdaşlıqlarının inkişaf etdirilməsi yollarını araşdırıblar.
İRNA-nın məlumatına görə, Bijən Zəngənə və Aleksandr Novak çərşənbə günü Moskvada Qaz İxrac edən Ölkələr Assambleyasına üzv ölkələrin nazirlərinin 19-ci illik iclasının kənarında baş tutan bu görüşdə neft yataqları və kəşflərin inkişaf etdirilməsi sahəsində ikitərəfli neft əlaqələrini müzakirə ediblər.
İranın neft naziri bu görüşdə İslam Respublikasının Rusiya ilə neft əməkdaşlıqlarının inkişaf etdirilməsini vurğulayıb.
İranın neft naziri və Rusiyanın energetika naziri bu müzakirələrdə enerji sektorunda İran və Rusiyanın əməkdaşlıq proqramlarının icra olunmasının əhəmiyyətini vurğulayıblar.