Ruhani: Nüvə anlaşmasının mənafeyi geri qayıdası deyil
İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramının mənafeyini geri qayıtmaz olduğunu bildirib: Dünyada heç kim, o cümlədən ABŞ prezidenti nüvə anlamasını qaytara bilməz.
İran İslam Respublikası prezidenti Həsən ruhani şənbə günü Tehran Universitetində İranın Universitetləri, Texnologiya və Təhsil Ocaqlarının yeni təhsil ilinin rəsmən başlanması mərasimində deyib: Nüvə anlaşmasının pozulmasını öhdəsinə götürən şəxs öz imicini tapdalayır. Lakin İran düzgün yolu seçib və öz öhdəliyinin üzərində qalmışdır.
Sülhməramlı nüvə texnologiyasından istifadə istiqamətində nüvə anlaşmasını İranın etik qələbəsi adlandıran Ruhaninin sözlərinə görə, anlaşmadan öncəyə qədər bəzi tərəflər İranın nüvə fəaliyyətlərinin qeyri-qanuni olduğunu və İranın zənginləşdirmə haqqının olmadığını deyirdilər. Lakin hazırda bu texnologiya hüquqi aspektdən, həmçinin BMT-nin rəyinə görə, qanuni texnologiyadır.
İran İslam Respublikası prezidenti bildirib: Bir ölkə İrana təcavüz etmək istəyərsə, İslam Respublikası yenə də onun qarşısında qalib olacaqdır.
İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından qüvvəyə minib. Lakin bu qrupun üzvlərindən olan Amerika Birləşmiş Ştatları nüvə anlaşmasının icrasından həmişə boyun qaçırır.