Okt 07, 2017 20:29 Asia/Baku
  • Möhsün Rzayi
    Möhsün Rzayi

İranın Məsləhət Şurasının katibi müdafiə proqramı haqda hər hansı müzakirə iddiasını təkzib edərək bildirib: İranın xalqın müdafiəsi və müdafiə proqramı sahəsində kimsə ilə zarafatı yoxdur.

İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi şənbə günü mətbuat konfransında deyib: İran beynəlxalq standartlar çərçivəsində öz müdafiə proqramını irəlilədir. Çünki vətənin müdafiəsini müqəddəs və vacib məsələ hesab edir. 

İranın Məsləhət Şurasının katibi nüvə anlaşmasından çıxmağa dair ABŞ prezidenti Donald Trampın ehtimal olunan hərəkətini böyük siyasi intihar adlandırıb: Tramp sanksiyaların durdurulmasının müddətini uzatmazsa, nüvə anlaşmasından çıxmaq mənasındadır. Lakin məlumatlara əsasən, o bu işi Konqresə tapşırmaq niyyətindədir. Belə olarsa, Konqresin üç ay araşdırmaq vaxtı vardır. 

Rzayi əlavə edib: Trampın hərəkətləri onun problemlə üzləşdiyini və Konqresin köməyini qazanmağa çalışdığını göstərir. Lakin hər halda Konqres məsələyə müdaxilə edərsə, məsələ daha da mürəkkəbləşəcək. 

Vaşinqton Post qəzeti bir məqalədə yazıb: Ehtimal üzrə ABŞ prezidenti Donald Tramp İranın nüvə anlaşmasının taleyinin təyin olunmasını ABŞ Konqresinə tapşıracaq və elə bir iş görəcək ki, Konqres nümayəndələri bu anlaşmanı ləğv etsinlər. 

İranın Məsləhət Şurasının katibi həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amanonun İranın hərbi mərkəzlərinin yoxlanılması üzrə son açıqlamasına cavab olaraq deyib: İran rəsmilərinin dəfələrlə elan etdikləri kimi, bu müraciət məntiqsizdir, İran heç vaxt öz hərbi sirlərini başqasına verməyəcək. 

Teqlər