İranın BMT-dəki nümayəndəsi ABŞ-ı tənqid edib
-
Qulaməli Xoşru
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Amerikanın İrana və nüvə sazişinə qarşı düşmən mövqeyini tənqid edib.
İRNA-nın verdiyi məlumata görə, İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşru Nyu-York Times qəzetinin baş məqaləsində ABŞ prezidenti Donlad Trampın Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) barədə səhv açıqlamasına toxunaraq deyib: ƏMTP Təhülkəsizlik Şurasının qətnaməsinə və nüvə silahlarının yayılmasını qadağan edən beynəlxalq etibara sövkənən bir razılaşmadır.
İİR-in BMT-dəki nümayəndəsi bildirib: İran nüvə silahı əldə etmək ardınca deyil və tam diqqətlə müzakirə edilmiş və hazırlanmış bu razılaşma İran İslam Respublikasını bir çox digər ölkələrin də malik olduqları qanuni hərbi texnologiyanı inkişaf etdirməkdən çəkindirmir.
İran ilə 5+1 qrupu arasında nüvə razılaşması 2016-cı ilin yanvar ayından icra edilməyə başlayıb və ABŞ dövləti bu qrupun üzvlərindən biri olaraq daima ƏMTP qarşısında maneəçilik yaratmaqla məşğul olub.
Donald Tramp nüvə razılaşmasını və 5+1 qrupunu tənqid edərək oktyabrın 12-də bu razılaşma barədə qərarını, eləcə də Amerikanın İrana qarşı əhatəli strategiyasını elan edəcək. Tramp hökumətinin İranın ƏMTP-yə sədaqətinin təsdiqlənməsi üzrə 90 günlük möhlət də oktyabrın 15-də sona çatır.