Okt 09, 2017 12:37 Asia/Baku
  • Quterreş : ƏMTP-nın qorunub saxlanılacağına ümid edirəm
    Quterreş : ƏMTP-nın qorunub saxlanılacağına ümid edirəm

Birləşmiş Millətlər Təşkilatının baş katibi İran ilə 5+1 qrupu arasında Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunub saxlanılacağına ümid etdiyini bildirib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, BMT baş katibi Antonio Quterreş BBC-yə verdiyi müsahibəsində müxtəlif mövzulara münasibət bildirib. Baş katib bu müsahibədə nüvə sazişinin qorunub saxlanılacağına ümidvar olduğunu deyib. 

BBC-nin aparıcısı İran barədə Quterreşə belə bir sual verib: Gözlənildiyinə görə, Donald Tramp gələn həftə İranla nüvə sazişinə dəstəyini kəsəcək, sizcə Trampın bu hərəkəti bu sazişə ziyan vurmayacaqmı? 

Antonio Quterreş bu sualı belə cavablandırıb: Bu məsələ ABŞ konqresinin qərarından asılı olacaq. Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, bu razılaşmada digər önəmli tərəflər də var. Mən tam bu qənaətdəyəm ki, bu saziş bizim kollektiv təhlükəsizliyimizin təmini istiqamətində irəliyə doğru önəmli addım olub. Ümid edirəm ki, bu saziş qorunub saxlanılacaq. 

Teqlər