Okt 10, 2017 09:01 Asia/Baku
  • Amano: Siyasi hadisələr agentliyin dəyərləndirməsinə təsir göstərmir
    Amano: Siyasi hadisələr agentliyin dəyərləndirməsinə təsir göstərmir

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano deyib: Agentlik indiyədək İranın öhdəliklərinə sadiq olduğunu təsdiqləyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano bazar ertəsi günü İtaliyanın paytaxtı Romada İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşərək, birgə fəaliyyət proqramı- nüvə anlaşması ilə bağlı son siyasi dəyişikliklər barədə onunla fikir mübadiləsi aparıb. Amano Beynəlxalq Atom Enerjisi Agentliyinin bu günə qədər İranın öz öhdəliklərinə sadiq olduğunu elan etdiyini bildiribdir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru deyib ki, nüvə tədbir və fəaliyyətləri, eləcə də ölkələrin MAQATE qarşısında götürdükləri öhdəliklər agentliyin şərhləri və hesabatlarının əsasını təşkil edir və siyasi olaylar agentliyin dəyərləndirməsinə təsir göstərmir.

Teqlər