İran mədənində investisiya fürsətləri üzrə beynəlxalq sərgi və konfrans işə başlayıb
https://azeri.sahartv.ir/news/İran-i284827-İran_mədənində_investisiya_fürsətləri_üzrə_beynəlxalq_sərgi_və_konfrans_işə_başlayıb
200 daxili və 55 xarici şirkətin iştirakı ilə Tehranda MINEX-2017 adlı altıncı sərgi və konfrans işə başlayıb. Bu sərgi və konfrans hər il İranda mədən və mədən sənayesində investisiya fürsətləri ilə bağlı təşkil olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2017 14:30 Asia/Baku
  • İran mədənində investisiya fürsətləri üzrə beynəlxalq sərgi və konfrans işə başlayıb
    İran mədənində investisiya fürsətləri üzrə beynəlxalq sərgi və konfrans işə başlayıb

200 daxili və 55 xarici şirkətin iştirakı ilə Tehranda MINEX-2017 adlı altıncı sərgi və konfrans işə başlayıb. Bu sərgi və konfrans hər il İranda mədən və mədən sənayesində investisiya fürsətləri ilə bağlı təşkil olunur.

Bu beynəlxalq sərgi və konfransda Almaniya, Fransa, Çin, Avstraliya, Danimarka, İsveç, Cənubi Afrika, Türkiyə, Rusiya, Polşa, Hollandiya və İtaliyadan olan şirkətlər iştirak edirlər.

İranın mədən və mədən sənayesi imkanlarının öyrənilməsi, daxili və xarici şirkətlər tərəfindən modern texnologiya və mədən xidmətləri, təchizat və son nailiyyətlərin təqdimatı, eləcə də investisiya və həmkarlıq qabiliyyətli layihələrin təqdim olunması bu sərgi və konfransın keçirilməsinin hədəflərindən elan edilibdir.