Okt 11, 2017 17:03 Asia/Baku
  • Ruhani: ABŞ nüvə anlaşmasından çıxsa, sırf bu ölkə zərər edəcək
    Ruhani: ABŞ nüvə anlaşmasından çıxsa, sırf bu ölkə zərər edəcək

İran İslam Respublikası prezidenti ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxdığı halda, bu işin zərərinin sırf amerikalılara aid olacağını bildirərək deyib: İranın öz məqsədlərini irəlilətməkdə heç bir problemi yoxdur.

Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında Əhatəli Müştərək Təşəbbüs Proqramının dünya dövlətləri üçün sınaq olduğunu bildirib: Bütün müzakirə tərəfləri nüvə anlaşmasına sadiq qalarsa, onlar öz imiclərini qorumuşlar. Bir şəxs bu anlaşmaya sadiq qalmazsa, əslində öz imicinə zərbə vurub.

ABŞ-ın hərəkətləri haqda dünyanın sıralara bölünməsində sadəcə barmaq sayı qədər rejimin bu hərəkətin tərəfdarı olduğunu bildirən İran prezidenti əlavə edib: Bu gün İranın seçdiyi yol dünya tərəfindən dəstəklənir və hətta Avropada ABŞ müttəfiqləri arasında nüvə anlaşmasının pozulmasını dəstəkləyən tərəf yoxdur. 

ABŞ prezidentinin açıqlamalarının bu ölkənin daxili birliyinə kömək etdiyini və ya boşluğun və ixtilafın daha da böyüməsinə səbəb olmasına dair sualı cavablandıran Ruhaninin sözlərinə görə, ABŞ bu gün nüvə anlaşmasından çıxmaq istəyərsə, o vaxt insanlara aydın olacaq ki, bu ölkə necə də böyük zərər edib. 

"Hansı hökumətin qarətçi olduğu, kimin beynəlxalq qaydaları tapdaladığı tamamilə aydındır" deyən İran prezidenti əlavə edib: ABŞ İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah əleyhinə addım atarsa, böyük yanlışlığa yol vermiş olacaq. 

Ruhani İslam İnqilabı Keşikçilər Korpusu Sepahın İran və region xalqlarının ürəyində olduğunu deyərək bildirib: Amerikalılar İŞİD terror qruplaşmasını regionda 20 il saxlamaq və bu vasitədən istifadə etmək istədiklərinə görə, İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahdan qəzəbləniblər. Çünki bu korpus İraq, Suriya və Livan xalqlarını dəstəkləyərək İŞİD-i zəlil edib. 

İran prezidenti ABŞ-ın hazırkı prezidentinin İranın həmişəkindən daha vahid, vahid səs və birləşməsinə səbəb olan şəraiti yaratdığına toxunaraq deyib: Bu gün İranda nüvə anlaşmasının tərəfdarları və əleyhdarları bir-birinin yanındadır və hamının vahid səsi vardır. 

İran prezidenti həmçinin kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə də münasibət bildirib: Kürd muxtariyyəti məsul şəxsləri yanlışlığa yol veriblərsə, bu yanlışlığın bədəlini ödəməlidirlər. Lakin İraqın kürd vətəndaşları bölgənin sülhsevər vətəndaşları olaraq inkişaf ardıncadırlar və onlara hörmət bəsləmək lazımdır. 

Teqlər