Okt 12, 2017 10:15 Asia/Baku
  • Əli Əkbər Salehi
    Əli Əkbər Salehi

İranın Atom Enerjisi Təşkilatının direktoru deyib: İslam İnqilabının Keşikçiləri Korpusu Sepaha qarşı ehtimal olunan sanksiyalar ABŞ dövlətinin İran xalqına qarı düşmən rəftarının göstəricisidir.

Əli Əkbər Salehi dünən gecə Londonda dünya medialarının ekspertləri toplusunda etdiyi çıxışında deyib: Hər hansı bir ölkənin təhlükəsizliyinin təmini və mühafizəsinin təminatçısının silahlı qüvvələr olduğunu nəzərə alaraq İran Amerikanın Sepaha qarşı ehtimal olunan hərəkətini müharibə elanı kimi hesab edəcək. 

ABŞ prezidenti bu gün İran ilə nüvə razılaşması barədə öz qərarını eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu da daxil İrana qarşı yeni tədbirlər barədə strategiyasını elan edəcək. 

İranın Atom Enerjisi Təşkilatının rəhbəri İtaliya və Britaniyadakı görüşlərinin əsas müzakirə mövzusunun Əhatəli Meştərək Təşəbbüs Proqramı(ƏMTP) olduğunu bildirərək deyib: Avropa rəsmilərinə birmənalı şəkildə bildirildi ki, ya hamısı ƏMTP-da qalacaq ya da hamı çıxacaq və üçüncü yol yoxdur. 

Salehi ƏMTP-nin ABŞ tərəfindən pozulmasının beynəlxalq səviyyədə mənfi nəticələrə gətirib çıxaracağını bildirərək deyib: İran ƏMTP-nı qoruyub saxlamağa maraqlıdır amma bunu hərnəyin bahasına etməyəcək, buna görə də hamı ƏMTP-ni ayaqda saxlamağa səy göstərməlidir. 

İranın Atom Enrerjisi Təşkilatının direktoru deyib: İran İslam Respublikasının nüvə fəaliyyətlərindən sülhməramlı istiqamətdə faydalanmağa dair mövqeləri dəfələrlə şəffaf şəkildə elan edilib. 

Əli Əkbər Salehi Britaniyanın XİN rəhbərinin dəvəti ilə çərşənbə axşamı Londona gedib. 

Atom Enerjisi Təşkilatının rəhbəri dünən Britaniyanın xarici işlər naziri ilə görüşündən sonra Britaniyanın Lyboristlər palatasının xarici əlaqələr komistəsinin üzvləri ilə görüşündə regional və beynəlxalq məsələlər eləcə də qarşılıqlı əlaqələri müzakirə edib. 

Teqlər