Okt 12, 2017 13:03 Asia/Baku
  • İranın humanitar yardımları Ruhinca müsəlmanları arasında paylaşdırılıb
    İranın humanitar yardımları Ruhinca müsəlmanları arasında paylaşdırılıb

Son həftə üçün İranın Ruhinca müsəlmanlarına humanitar yardımlarının ilk hissəsi Banqladeş sərhəddində Həkimpara düşərgəsində Ruhinca müsəlmanları arasında paylaşdırılıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Vəhdət və İnsanlıq Beynəlxalq Mərkəzin ümumi əlaqələr şöbəsinin müdiri Sadıq İbrahimi deyib: Son həftədə yardımların ilk hissəsi səhiyyə və müalicə yardımları olaraq məzlum Ruhinca müsəlmanlarına çatdırıldı. 

Sadıq İbrahimi deyib: Bu yardımlar iki iranlı və iki banqladeşli həkimin müşayiəti ilə Həkimpara düşərgəsində Myanmadan qaçan Ruhinca müsəlmanları arasında paylaşıldı və 500-dən çox insan da pulsuz olaraq tibbi müayinədən keçirildi

İbrahimi deyib: Beynəlxalq Vəhdət və İnsanlıq mərkəzinin yardımlarının ikinci hissəsi gələn həftə təqdim olunacaq və bu yardımlar myanmalı müsəlman didərginlərin səhiyyə və müalicə infrastrukturlarının təmini üçün istifadə ediləcək. 

Həkimpara düşərgəsində 150 min Ruhinca müsəlmanı məskunlaşıb. 

Regional və beynəlxalq xəbərdarlıqlara rəğmən Myanma ordusu və ifratçı buddistlər müsəlmanlara qarşı qırğınları davam etdirirlər və müsəlmanların Banqladeşə qaçması prossesi davam etməkdədir. 

Elan olunan statistikalara görə, Myanma ordusunun Raxin vilayətində Ruhinca müsəlmanlarına qarşı hücumları nəticəsində Avqustun 25-dən indiyədək 6 mindən çox müsəlman öldürülüb, 8 min yaralanıb və yavım milyon müsəlman Banqladeşə qaçıb. 

Teqlər