Okt 15, 2017 10:39 Asia/Baku
  • İran əlavə protokolun icrasının dayandırılması haqda xəbərdarlıq etdi
    İran əlavə protokolun icrasının dayandırılması haqda xəbərdarlıq etdi

İranın Atom Enerjisi Təşkilatının sədri xəbərdarlıq edib ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı ləğv olunduğu halda, İran əlavə protokolun icrasını dayandıracaq. Çünki hazırda könüllü şəkildə bu protokolu icra etməkdədir.

İran 2003-cü ildə Nüvə Silahlarının Yayılmamasına dair Sazişin üzvü olaraq nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədilə əlavə protokolu imzaladı. Lakin bu protokolun İslam Şurası Məclisində təsdiqlənmədiyinə görə, beynəlxalq hüquq baxımından onun maddələrini icra etməyə məcbur deyil. 

Əli Əkbər Salehi şənbə günü İRİB-ə müsahibəsində ABŞ prezidenti Donald Trampın İran əleyhinə düşmənçilik mövqeyini tənqid və onun İranın hərbi mərkəzlərinə baxışın keçirilməsi haqda nahaq və qeyri-qanuni tələbini rədd edərək deyib: İran indiyə qədər nüvə anlaşmasında qeyd olunan yoxlama hallarına sadiq qalıb və öz öhdəliklərini yerinə yetirib. Lakin bu çərçivədən kənar başqa heç bir tələbi yerinə yetirməyəcək. 

ABŞ prezidenti cümə günü təhqiramiz çıxışında İran xalqı əleyhinə köhnə əsassız ittihamları təkrarlayaraq və İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını təsdiqləməyərək bu anlaşma haqda yenidən müzakirənin aparılması və onun islah edilməsini istəyib. 

İranın Atom Enerjisi Təşkilatının sədri nüvə anlaşmasının müzakirə ediləsi olmadığını bildirərək deyib: Trampın İran tərəfindən nüvə anlaşmasının pozulması haqda iddiası qəsbkar sionist rejimin təzyiq və tələblərindən mənşə alır. 

Salehi həmçinin nüvə anlaşması ləğv olunduğu halda ABŞ-ın düşmənçilik hərəkətləri ilə qarşılaşmaq üçün tam hazırlıqdan arxayın olduğunu bildirərək deyib: İran İslam Respublikası rəsmiləri nüvə anlaşmasının İran üçün artıq faydalı olmamasına dair səbəblər görərlərsə və Fordoda 20%-lik zənginləşdirmənin yenidən başlanmasına qərar verərlərsə, İran dörd gün ərzində 20%-lik zənginləşdirməyə başlaya bilər. 

İranın Atom Enerjisi Təşkilatının sədri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amanonun Tehranın cənub-şərqində Parçin obyektinə baxış keçirməsi ilə İranın hərbi mərkəzlərinin yoxlanılmas işinin bağlanması haqda deyib: İndiyə qədər Parçin obyektinə üç dəfə baxış keçirilib və müfəttişlər İran əleyhinə irəli sürülən bütün ittiham və iddiaların yalan olduğunu öz gözləri ilə gördülər. 

Teqlər