AI xarici işlər nazirləri nüvə anlaşmasına dəstək veriblər
https://azeri.sahartv.ir/news/İran-i285322-ai_xarici_işlər_nazirləri_nüvə_anlaşmasına_dəstək_veriblər
Avropa İttifaqının xarici işlər nazirləri bu ittifaqın əhatəli birgə fəaliyyət proqramı mövzulu iclasında bu beynəlxalq anlaşmanın qorunub saxlanması vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2017 16:47 Asia/Baku
  • AI xarici işlər nazirləri nüvə anlaşmasına dəstək veriblər
    AI xarici işlər nazirləri nüvə anlaşmasına dəstək veriblər

Avropa İttifaqının xarici işlər nazirləri bu ittifaqın əhatəli birgə fəaliyyət proqramı mövzulu iclasında bu beynəlxalq anlaşmanın qorunub saxlanması vacibliyini vurğulayıblar.

İngiltərənin xarici işlər naziri Boris Conson Lüksemburqda digər avropalı xarici işlər nazirlərinin qarşısında vurğulayıb ki, Avropa, o sıradan İngiltərə İranla nüvə anlaşmasını davam etdirəcək, zira bu anlaşma bütün dünya üçün yaxşıdır.

Hollandiyanın xarici işlər naziri Bret Konders də nüvə anlaşmasını son dərəcə mühüm və səmərəli adlandırıb və belə deyib: Nüvə anlaşmasından çıxmanın nəticələri yalnız Amerikanı deyil, Avropa və dünya ictimaiyyətini də hədəfə alacaqdır və o, ümidvardır ki, Vaşinqton bu məsələni dərk edəcəkdir.

Lüksemburqun xarici işlər naziri Jan Asselborn da deyib: Avropa coğrafi cəhətdən İrana yaxındır, buna görə, öz təhlükəsizliyi üçün bu ölkə ilə anlaşmaya ehtiyaclıdır və ona sadiq qalacaqdır.

Asselborn deyib: Tramp öz siyasətləri ilə Amerikanı təcridə doğru sürükləyir.

Avropa İttifaqının xarici işlər nazirlərinin iclası "İran və nüvə anlaşması" mövzusu ilə bu gün Lüksemburqda və Amerika prezidenti Donald Trampın cüməgünkü çıxışında özünün İrana və nüvə anlaşmasına qarşı üzdəniraq əhatəli və yeni strategiyasını şərh etməsinin ardınca keçirilibdir.