Okt 17, 2017 08:40 Asia/Baku
  • ABŞ ƏMTP-yə zərbə vurmaqda təklənib
    ABŞ ƏMTP-yə zərbə vurmaqda təklənib

İran İslam Respublikası prezidenti ABŞ dövlətinin Əhatəli Müştərək Təşəbbüs Proqramına(ƏMTP) zərbə vurmaqda təklənməsinin islami İranın nailiyyətlərindən biri olduğunu bildirib.

Həsən Ruhani dünən Tehranda mübariz ruhanilər cəmiyyətinin nümayəndələri ilə görüşündə ƏMTP-nı Milli qərarın məhsullu olaraq xalq və islam inqilabının böyük rəhbərinin himayəsinə malik olan dəyərli razılaşma adlandırıb. 

Ruhani ƏMTP nəticəsində yaranmış fürsətlərə, sanksiyaların aradan qaldırılmasına, bank mübadilələrindəki problemlərin tədrici olaraq həll edilməsi və müxtəlif ölkələr tərəfindən xarici investisiyanın həcminin gözə çarpacaq dərəcədə artmasına toxunaraq deyib: Siyasi baxımdan da Amerika dövlətinin ƏMTP-yə zərbə vurmaqda tək qalması, beynəlxalq ictimaiyyət xüsusi ilə Avropanın və 5+1 qrupunun digər üzvlərinin(Britaniya, Rusiya, Çin, Fransa və Almaniya) ƏMTP-yə dəstək verməkdəki eyni mövqedən çıxış etmələri və İranla əməkdaşlıqları davam etdirmələri islami İranın digər nailiyyətləri sırasındadır. 

İran İslam Respublikası prezidenti həmçinin islam və respublikanın islami quruluşun iki möhkəm sütunu və İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) dəyərli yadigarı olduğunu bildirərək deyib: İran dövləti xalqın iradəsinini məhsuludur və eyni zamanda islam əhkamının icrasında özünü öhdəlikli görür. 

Teqlər