Əmmar Həkim İrana təşəkkür edib
-
Əmmar Həkim İrana təşəkkür edib
İraqın Milli Hikmət Partiyasının sədri İran İslam Respublikası ilə İraq arasındakı əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini deyib.
Əmmar Həkim dünən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşündə İran İslam Respublikasının terrorizmə qarşı mübarizədə İraqa hərcür dəstək verdiyini yüksək qiymətləndirib və İranın İraqın ərazi bütövlüyü və sabitliyinin mühafizəsinin tərəfdarı olduğunu vurğulayıb.
İraqın Milli Hikmət Partiyasının sədri və iranlı nazir bu görüşdə iki ölkə arasında xüsusiylə rabitə və informasiya texnologiyaları sahələrinə əməkdaşlıqların genişləndirilməsi yollarını müzakirə ediblər.
İranın rabitə və informasiya texnologiyaları naziri dünən İraqın xarici işlər naziri İbrahim Əccəfəri ilə də görüşüb.
İranlı nazirin İraqa 4 günlük səfərdə məqsəd iki ölkə arasında rabitə sahəsində əməkdaşlıq yollarının araşdırılması eləcə də , İmam Hüseyn(ə) ərbəininin daha yaxşı keçirilməsi üçün əməkdaşlıqdan ibarət olub.