Ruhani: İran digər ölkələrlə səhiyyə əməkdaşlıqlarına hazırdır
İran İslam Respublikasının prezidenti Oroqvayın paytaxtı Montevideoda keçirilən Qeyri-infeksion xəstəliklərlə mübarizə üzrə beynəlxalq iclasa müraciətində İİR-in özünün səhiyyə təcrübələrini digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirib.
Həsən Ruhani öz müraciətində ölkə rəhbərləri tərəfindən sağlamlığa hərtərəfli diqqətin sağlam cəmiyyətə doğru hərəkətdə təsirli siyasətlərin yeridilməsini tələb etdiyini bildirərək xatırladıb ki, bu sosial çətirə diqqət və sosial sığorta, vətəndaşları sağlamlığın maliyyə xərcləri qarşısında mühafizə zərurətdir və davamlı inkişafda ona təkik olunur və İran da sağlamlığın inkişafı layihəsi çərçivəsində bunu həyata keçirmişdir.
Ruhani İİR-in xalqın sağlamlıq səviyyəsinin yüksəldilməsi sahəsindəki səylərinə toxunaraq deyib: İran İslam Respublikası Qeyri-İnfeksion xəstəliklərin qarşısının alınması və nəzarətə alınmsı üçün bütöv siyasətlər həyata keçirmək və beynəlxalq səhiyyə təşkilatının dəstəyi ilə bu sahədə lazımı tədbirlər görməklə bu sahədə öndə gedən ölkələr sırasındadır.
İİR prezidenti beynəlxalq böhranlara o sıradan miqrant böhranı, Myanma, Suriya və Yəmən kimi ölkələrdə müharibə və destabillik probleminə toxunaraq deyib: Miqrantların və didərginlərin sayının günü gündən artması , Myanma, Suriya və Yəməndə bəzilərinin militarizmindən mənşə alan insani faciələrin baş verməsi bu ölkə xalqlarının sağlamlığını təhlükəyə atıb və didərginləri qəbul edən ölkələri ciddi problemlərlə üz-üzə qoyub.
Qeyri-İnfeksion xəstəliklərlə mübarizə üzrə beynəlxalq iclası dünən 80 ölkənin rəsmilərinin iştirakı ilə Montevideo şəhərində öz işinə başlayıb. Bu iclas sabahadək davam edəcək.
İran İslam Respublikası Səhiyyə, Müalicə və Tibb Təhsili Nazirliyinin təhsil üzrə müavini Baqir Laricani bu iclasda İİR-i təmsil edir. Laricani dünən İİR prezidentinin iclasa ünvanladığı müraciətini oxuyub.