İranın xarici işlər nazirinin müavini: ABŞ İŞİD-in məhv edilməsindən sevinmir
-
İbrahim Rəhimpur
İran İslam Respublikası xarici işlər nazirinin Asiya və Okeaniya üzrə müavini İŞİD-in məhv edilməsinin müqavimət və regional əməkdaşlığın nəticələrindən biri olduğunu bildirərək deyib: Amerika bu mövzuya görə sevinmir ona görə ki, özünün regiondakı mənafelərini güdür.
İbrahim Rəhimpur bu gün İRİB müxbirinə verdiyi açıqlamada deyib: İran, əcnəbilərin Orta şərq böhranından öz mənafeləri istiqamətində faydalana milməmələri üçün regionda sülh, təhlükəsizlik və stabillik istiqamətində hərəkət edir, məhz buna görə də, dəfələrlə hətta Səudiyyə Ərəbistanına dostluq əli belə uzaltmışdır.
İİR xarici işlər nazirinin müavini deyib: İran sülh, sabitlik və təhlükəsizlik istiqamətində hərəkət edən bütün ölkələri müsbət qarşılayır, o sıradan da Türkiyəni. ABŞ və sionist rejimin Türkiyəyə qarşı düşmənçiliklərindən sonra bu ölkənin yeritdiyi siyasət onun daha yaxşı istiqamətdə olduğunu göstərir.
İbrahim Rəhimpur terrorçu İŞİD qrupunun məhv edilməsinin İran, Türkiyə və Rusiyanın birgə əməkdaşlıqlarının nəticəsi olduğunu bildirərək deyib: Buna baxmayaraq Amerika və sionist rejim regionda böhran davam etsin deyə İŞİD-i gücləndirirlər.
Rəhimpur İraq Kürdüstanı bölgəsi ilə əlaqədar hadisələrin gedişatına da münasibət bildirib: Başqalarının təhriki ilə bölgədə bəzi hərəkətlərə əl atan İraq Kürdüstan bölgəsinin başçıları Kərkük və onun ətraf ərazisində baş verənlərdən sonra peşman oldular və öz səhvlərini başa düşdülər.
İranın xarici işlər nazirinin müavini, İraq kürdlərinin sakitlik, sabitlik və rifah ardınca olduqlarını xatırladaraq regional əməkdaşlıqla, regiondan kənar güclərin İraq Kürdüstanı məsələlərinə müdaxilələrinə imkan verilməyəcəyinə ümidvar olduğunu bildirib.