İran və Ukrayna qarşılıqlı əməkdaşlıqlara təkid ediblər
İran İslam Respublikasının Kiyevdəki səfiri Ukraynanın xarici işlər naziri ilə görüşüb. Görüşdə tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıqları nəzərdən keçiriblər və siyasi, parlamentar, iqtisadi və beynəlxalq səviyyələrdə əməkdaşlıqların gücləndirilməsini vurğulayıblar.
İRNA-nın verdiyi məlumata görə, İranın Ukraynadakı səfiri Məhəmməd Beyeşti Münfərid Ukrayna XİN rəhbəri Pavel Klimkin ilə görüşündə Əhatəli Müştərək Təşəbbüs Proqramı barədə də fikir mübadiləsi aparıb.
İran səfiri ƏMTP-nin neçə tərəfli və beynəlxalq saziş olduğunu bə bütün tərəflərin bu sazişə sadiq qalmalı olduqlarını burğulayıb.
Görüşdə Ukrayna xarici işlər naziri Pavel Klimkin də İranın regiondakı önəmli və təsirli roluna, Orta şərqdə təhlükəsizliyin bərqərar olunmasındakı tarixi mövqeyinə toxunaraq İran ilə müxtəlif sahələrdə əməkdaşlıqların genişləndirilməsinə təkid edib.