Y.Amano Tehrana gələcək
https://azeri.sahartv.ir/news/İran-i285697-y.amano_tehrana_gələcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru oktyabrın 28-də Tehrana səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 09:28 Asia/Baku
  • Y.Amano Tehrana gələcək
    Y.Amano Tehrana gələcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru oktyabrın 28-də Tehrana səfər edəcək.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Tehrana səfərdə bazar günü İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşəcək.

ABŞ prezidenti Donald Trampın İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq olmamasına dair son mövqeyi 5+1 qrupu ölkələri daxil olmaqla dünyanın müxtəlif ölkələrinin başçılarının reaksiyaları ilə üzləşibdir.

Belə bir halda, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik səkkiz dəfə dalbadal İranın nüvə anlaşmasına sədaqətini təsdiq edibdir.