Ruhani: İran terrorizm ilə mübarizədə İraq xalqı və dövlətinin kənarında olacaq
İran İslam Respublikası prezidenti Həsən Ruhani İraq xalqının vaxtında meydana daxil olması və fədakarlıq nümayiş etdirməsini, İraqlı rəsmilərin tədbirli davranmasını və İraqın dini mərcəyinin müdrik göstərişlərini son dərəcə önəmli adlandırıb və deyib: İran terrorizm ilə mübarizənin aparılması, milli birliyin möhkəmləndirilməsi və ərazi bütövlüyünün qorunmasında daim İraq xalqı və dövlətinin kənarında olacaq.
Həsən Ruhani cümə axşamı Tehranda İraqın baş naziri Heydər Əl-İbadi ilə görüşdə İraqın mərkəzi hökumətinin İraq Kürdüstanı məsələsində tədbirli davranmasını, gərginlik və qarşıdurmaya yol vermədən, İraq Kürdüstanı sakinlərinin vətəndaş hüquqlarının qorunmasını diqqətəlayiq məsələ adlandırıb və deyib: İraqın milli birliyi və ərazi bütövlüyünü hədəfə alan terrorizm və separatçılıq ilə mübarizə davam etdirilməlidir.
İran İslam Respublikası prezidenti həmçinin deyib: Tehran və Bağdad öz əlaqələri və əməkdaşlıqlarını bütün sahələr üzrə o cümlədən iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, elm və texnologiyalar sahəsində genişləndirə bilərlər.
İraqın baş naziri də bu görüşdə İraq - İran əlaqələrini son dərəcə möhkəm və dostluq əlaqələri adlandırıb və ikitərəfli əlaqələrin və əməkdaşlıqlarn genişləndirilməsinə təkid edib.
Heydər Əl-İbadi həmçinin, İraqın ərazi bütövlüyü və milli hakimiyyətinin qorunmasını bir zərurət adlandırıb və deyib: İraq xalqı öz birliyini qoruyaraq, düşmənin fitnələri qarşısında müqavimət göstərməlidir.
İraqın baş naziri çərşənbə günü axşam Türkiyəyə olan bir günlük səfərinin ardınca Tehrana səfər edib.