Okt 28, 2017 10:15 Asia/Baku
  • İran və Rusiya nazirləri görüşüblər
    İran və Rusiya nazirləri görüşüblər

İran İslam Respublikası yol və şəhərsalma naziri Abbas Axundi və Rusiya energetika naziri Aleksandr Novak arasında baş tutan dünənki görüşdə tərəflər iki ölkə arasında əməkdaşlıqların bütün iqtisadi, sənaye və enerji sahələrində genişləndirilməsini vurğulayıblar.

İRNA-nın verdiyi məlumata görə, İran və Rusiya Müştərək Əməkdaşlıq Komissiyasının rusiyalı həmsədri, Rusiyanın energetika naziri bu görüşdə iki ölkə rəhbərlərinin davamlı şəkildə biri-biri ilə təmasda olduqlarını xatırladıb və deyib: Rusiya və İranın müxtəlif sahələr o sıradan enerji və nəqliyyat sahələrində əməkdaşlıqları inkişaf etməkdədir və bu sahədə gözə çarpacaq irəliləyişlər əldə olunub. 

Bu görüşdə Abbas Axundi də İran və Rusiya əməkdaşlıqlarının yüksələn xətt üzrə inkişaf etdiyini xatırladıb və əlaqələrin inkişafının hazırkı gedişatından razı qaldığını deyib. 

İranın yol və şəhərsalma naziri İran və Rusiya arasında əməkdaşlıqların ən əsas sahələrindən birinin dəmiryolu sahəsi xüsusiylə də yük vaqonlarının istehsalı olduğunu vurğulayıb.

Abbas Axundi cümə günü Rusiya dəmiryolu başçısı Oleq Belozerov ilə görüşündə Gərmsar- İncə burun dəmiryolunun elektrikləşdirilməsi müqaviləsinin yekunlaşdırılmasına təkid etdi. 

Dünən iranlı nazir həmçiniin Rusiyanın mənzil və kommunal xidmət naziri Mixail Men ilə mənzil inşası üzrə əməkdaşlıq müqaviləsi imzalayıb. 

İranın yol və şəhərsalma naziri cümə axşamı Moskvaya səfər edib.  

Teqlər