Borucerdi: İran-İraq sərhədləri ən etibarlı sərhədlərdir
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: "İran ilə İraq arasındakı sərhədlər iki ölkənin mədəni və dini ortaqlıqları səbəbindən İranın ən təhlükəsiz sərhədlərindəndir.
IRNA-nın məlumatına görə, Əlaəddin Borucerdi, bazar ertəsi günü İranın cənub-qərbindəki Çəzzabeh sərhəd məntəqəsində Hüseyn(ə) ərbəini zəvvarlarının gediş-gəlişi vəziyyətinin araşdırılması barədəki yığıncaqda əlavə edib: Hüseyn(ə) ərbəini zəvvarlarının Çəzzabeh, Şələmçeh, Mehran və Xosrəvi sərhədlərindən təhlükəsiz gediş-gəlişi üçün İraq rəsmilərilə lazımi koordinasiyalar yaradılıb.
Borucerdi sonra bunları söyləyib: İraq rəsmiləri, Hüseyn(ə) ərbəini zəvvarlarının gediş-gəlişi barədə İran İslam Respublikası ilə maksimum əməkdaşlıq və anlaşmaya malik olublar.