Salehi: Buşehr AES-in yeni bloklarının icra əməliyyatı başlanır
Okt 31, 2017 12:20 Asia/Baku
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Çərşənbə axşamı günü RusAtom şirkəti sədrinin iştirakı ilə İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü bloklarının inşa əməliyyatı başlanır.
Əli Əkbər Salehi dünən gecə Buşehrə daxil olarkən müxbirlər qarşısında deyib: Ötən il RusAtom şirkətinin sədri Aleksey Lixaçovun iştirakı ilə bu iki obyektin icra əməliyyatı başlanmış və addımlar da atılmışdı. Çərşənbə axşamı günü isə layihənin icra əməliyyatı rəsmi şəkildə icra mərhələsinə daxil olacaqdır.