Okt 31, 2017 14:50 Asia/Baku
  • General Cəfəri: İmperializmin məğlubiyyətinin səsi eşidilir
    General Cəfəri: İmperializmin məğlubiyyətinin səsi eşidilir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb: Bu gün imperializmin məğlubiyyətinin səsi eşidilir və İran öz yolunu keçmişdəkindən daha güclu şəkildə davam etdirməlidir.

General-leytenant pasdar Mohəmməd Əli Cəfəri bu gün Tehranda “Terrorsuz dünya” adlı ümumölkə konfransında deyib: Terrorsuz, eləcə də imperializm və hegemonçuluq quruluşu olmayan dünya gerçəkləşir.

General-leytenant Cəfəri bildirib: Amerika bilsin ki, İran kiçik və böyük qüdrətlərin cavabını qətiyyətlə verəcək. O, əlavə edib: Amerika hər nə qədər təzyiqlərini çoxaldarsa, İran xalqının müdafiə qüdrətini artırmaq üzrə iradə və əzmkarlığı bir o qədər güclənəcəkdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb ki, Amerikanın İrana qarşı yeni iqtisadi sanksiyaları hərbi və raket qabiliyyətləri bəhanəsilə tətbiq olunur, amma əsas hədəf, İran xalqına qarşı iqtisadi təzyiqdir. O, deyib: İran xalqı dəfələrlə amerikalıların xəbisliklərini görübdür və hazırda özünün müdafiə bacarıqlarını amerikalıların istəyilə koordinasiya etməyi qəbul etmir.

 

 

Teqlər