İran, Rusiya və Azərbaycan başçılarının ikinci üçtərəfli iclası; Bu gün Tehranda
https://azeri.sahartv.ir/news/İran-i285973-İran_rusiya_və_azərbaycan_başçılarının_ikinci_üçtərəfli_iclası_bu_gün_tehranda
İran, Azərbaycan və Rusiya prezidentlərinin 2-ci üçtərəfli iclası bu gün Tehranda keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2017 06:46 Asia/Baku
  • İran, Rusiya və Azərbaycan başçılarının ikinci üçtərəfli iclası; Bu gün Tehranda

İran, Azərbaycan və Rusiya prezidentlərinin 2-ci üçtərəfli iclası bu gün Tehranda keçiriləcək.

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev bu gün yüksək səviyyəli nümayəndə heyətlərinin müşayəti ilə Tehranda olacaqlar. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda baş tutacaq üçtərəfli iclasına işarə edərək, regional əməkdaşlıqları ölkələrin iqtisadi inkişafı habelə, sülh və sabitliyin qorunması üçün faydalı adlandırıb. 

Zərif deyib: İran, Rusiya və Azərbaycan prezidentləri üçtərəfli Tehran iclasında siyasi, iqtisadi, mədəni və ictimai məsələlərlə bağlı danışıqlar aparacaq, son regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də ikitərəfli əlaqələr, regional və beynəlxalq olaylar, terrorizm ilə mübarizə və əməkdaşlıqların möhkəmləndirilməsi kimi məsələlərin üçtərəfli Tehran iclasının əsas mövzuları adlandırıb. 

İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli Tehran iclasının digər müzakirə mövzularından biri də şimal-cənub dəmiryolu marşrutu və nüvə anlaşmasının icra prosesinin araşdırılması olduğu elan edilib. 

İran, Azərbaycan və Rusiya prezidentləri arasındakı ilk üçtərəfli iclas 2016-cı ilin avqustunda Bakıda baş tutmuşdu.