Ordu generalı Cəfəri: Ərəbistan, ABŞ və İsrail rejimi Yəmənə təcavüzlərini əsaslandırmağa çalışırlar
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri çərşənbə axşamı Yəmənin Əl-Məsirə informasiya kanalı ilə müsahibədə deyib: Səudiyə Ərəbistanı, Amerika və İsrail rejimi yalan iddialar ilə Yəmənə olan təcavüzlərini əsaslandırmağa çalışırlar.
İRNA-nın məlumatına görə, Sepah-ın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri deyib: Ərəbistan, Amerika və İsrail rejimi İranın Yəmənin daxili işlərinə müdaxilə etməsi ilə bağlı yalan iddialar irəli sürməklə Yəmənə olan təcavüzlərini əsaslandırmağa çalışırlar.
Məhəmməd Əli Cəfəri İranın Yəmən böhranının həllinə mane olması ilə bağlı irəli sürülən iddiaların bir sionist-səudiyə iddiası olduğunu bildirib və deyib: Region xalqı ABŞ, İsrail və Ərəbistanın təcavüzkarlıq siyasətləri ilə mübarizənin yeganə yolunun müqavimət olduğunu yaxşı bilir.
Sepah-ın baş komandanı Ali-Səudun Yəmənli qüvvələrin Ərəbistandakı müqəddəs məkanları hədəfə alması iddiasının arxasında gizlənməyə və özlərini məzlum göstərməyə çalışdıqlarını deyərək, vurğulayıb: Ərəbistandakı müqəddəs məkanlar heç vaxt Yəmənli qüvvələr tərəfindən hədəfə alınmayıb .
Ordu-generalı Məhəmməd Əli Cəfəri sonda deyib: Yəmənə edilən təcavüzün məqsədi strateji əhəmiyyətə və zəngin təbii sərbətə malik olan bu ölkəni işğal etmək, parçalamaq və viran etməkdir.