İran, Rusiya və Azərbaycan prezidentlərinin 2-ci üçtərəfli görüşü başlandı
İran İslam Respublikası, Azərbaycan və Rusiya prezidentlərinin 2-ci üçtərəfli iclası 3 ölkə prezidentinin iştirakı ilə bu gün Tehranda işə başlayıb.
İran İslam Respublikası prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev iclasın əvvəlində xatirə şəkli çəkdiriblər.
İran, Azərbaycan və Rusiya prezidentləri üçtərəfli Tehran iclasında siyasi, iqtisadi, mədəni və insani əməkdaşlıqlar habelə, region və dünyanın son mühüm hadisələri haqda danışıqlar aparacaqlar.
İran, Azərbaycan və Rusiya prezidentlərinin ilk üçtərəfli iclası 2016-cı ilin avqustunda Bakıda keçirilmişdi.
Üçtərəfli Tehran iclasından öncə Həsən Ruhani, Vladimir Putin və İlham Əliyev ilə ayrı-ayrılıqda görüşüb. Bu görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsinə təkid edilib.