Suriyada əməkdaşlıq müştərək məqsədləri reallaşdırmağın mümkünlüyünü əks etdirdi
İslam İnqilabının Böyük Rəhbəri İran və Rusiyanın Suriyadakı son dərəcə yaxşı təcrübəsinə toxunaraq bildiriblər: Bu əməkdaşlığın nəticələri göstərdi ki, Tehran və Moskva çətin meydanlarda müştərək məqsədləri reallaşdıra bilərlər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə günü günortadan sonra Rusiya prezidenti Vladimir Putin ilə görüşündə Tehran və Moskvanın bir neçə əcnəbi ölkənin dəstək verdiyi təkfirçi terrorçular qarşısında müştərək müqavimətinin önəmli nəticələrə gətirib çıxartdığını bildirərək deyiblər: Suriyada terrorçulara dəstək verən amerikan koalisiyanın məğlubiyyəti inkaredilməz həqiqətdir, amma onlar hələ də məkrli plan hazırlamaqla məşğuldurlar, ona görə də, Suriya məsələsinin tam həlli möhkəm əməkdaşlıqların davam etdirilməsini tələb edir.
Həzrət Ayətullahül-üzma Xamenei Suriya məsələlərində yekun qərarı Suriya xalqının verməli olduğunu bildirərək deyiblər: Suriya hökuməti barədə bütün məsələlər və həll yolları bu ölkənin öz içindən qaynayıb-coşmalıdır və Suriya dövləti heç bir layihənin icrası üçün təzyiq altında olmamalı və layihələr də mümkün qədər əhatəli olmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın İran və Rusiyaya qarşı sanksiyaları ilə müştərək qarşılaşmaq üçün əməkdaşlıqları səmərəli hesab edərək bildiriblər: Düşmənlərin ölkələr arasındakı əlaqələri əngəlləmək istiqamətindəki mənfi təbliğatlarına diqqət yetirmədən, İran və Rusiya qarşılıqlı yaxud çoxtərəfli iqtisadi münasibətlərdə dolları milli valyuta ilə əvəz etmək kimi metodlarla Amerikanın sanksiyalarını təsirsiz edə və Amerikanı təcrid edə bilər.
Həzrət Ayətullahül-üzma Xamenei Səudiyyə Ərəbistanının bəzi ölkələrə qanlı müdaxilələri, o sıradan Yəmənə qarşı gündəlik cinayətlərinin bu ölkənin dərin problemlər içində batmasına zəmin yaratdığını bildirərək deyiblər: Onlar yoluxucu və ölümcül xəstəliklərə düçar olmuş Yəmənin məzlum xalqına dərman və yardımın çatdırılmasına belə imkan vermirlər.
İslam İnqilabının Böyük Rəhbəri Rusiya prezidentinin bu görüşdə nüvə sazişi və çoxtərəfli müahidələrə riayətin vacibliyi barədəki sözlərini müsbət qiymətləndirərək deyiblər: Amerikalılar təəssüflər olsun ki, öz quldurluğunu davam etdirir və onunla ağıla sövkənərək, düzgün yollardan istifadə etməklə qarşılaşmaq lazımdır.
Bu görüşdə Rusiya prezidenti Vladimir Putin də Tehrana səfəri və İslam İnqilabının Böyük Rəhbəri ilə görüşündən çox məmnun qaldığını bildirərək deyib: Biz İranı strateji ortaq və böyük qonşu hesab edirik və əlaqələrin bütün sahələrdə genişlənməsi və möhkəmləndirilməsi üçün hərhansı şərait və fürsətdən istifadə edirik.
Vladimir Putin İslam İnqilabının Böyük Rəhbəri Suriyada ortaq məqsədlərin reallaşdırılmasındakı mövqelərinin son dərəcə təsirli və müdrik olduğunu vurğulayaraq deyib: Hərhansı bir ölkədə, o sıradan Suriyada hərhansı dəyişiklik onun öz içindən formalaşmalıdır.
Rusiya prezidenti Moskvanın nüvə sazişinə dəstək verdiyini bildirərək deyib: Moskva Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin əsas prinsiplərinin dəyişməsini qeyri-düzgün hesab edir və İranın nüvə proqramının başqa məsələlər, o cümlədən müdafiə məsələləri ilə əlaqələndirilməsinin əleyhinədir.