ƏMTP müzakirə ediləsi deyil
-
ƏMTP müzakirə ediləsi deyil
Rusiya xarici işlər nazirinin müavini deyib: Nüvə razılaşmasına nəyisə əlavə etmək mümkün deyil.
Sergey Riyabkov deyib: ABŞ-ın indiki hökuməti nüvə razılaşması barədə yenidən müzakirələrin aparılmasına dair cəhdlərinə uğursuz qalacaq.
Rusiya xarici işlər nazirinin müavini RT-yə verdiyi müsahibədə deyib: Son vaxtlar ABŞ prezidentinin çıxışında səsləndirilən tələblər reallığa ziddir. Mənə elə gəlir ki, ABŞ dövlətində çoxları səhv baxışa malikdirlər, onlar yenidən müzakirə aparılması və nüvə razılaşmasına nəyinsə əlavə edilməsinin mümkün olduğunu təsəvvür edirlər məncə belə bir şey mümkün deyil ona görə ki, biz 12 il müddətinə müzakirə etdik.
Riyabkov deyib: Obama hökuməti vəziyyəti tam araşdırdı və belə qənaətə gəldi ki, İranın nüvə proqramı mövzusuna ayrıca bir mövzu kimi baxmaq lazımdır və onu başqa mövzuya qatmaq olmaz. Vaxtiylə Karter hökujməti demişdi ki, " sırıaıdan çıxmazsa onu təmir edərik" Mənim amerikalılara mesajım da elə bu cümlədir.