Noy 04, 2017 14:27 Asia/Baku

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Amerika digər xalqlarla müqayisədə İran xalqının iradəsi ilə qarşılaşmaqda daha uzun və daha böyük məğlubiyyət təcrübəsinə malikdir və bu sahədə İran xalqı iftixarlı rekord vurub.

 Əli Şəmxani bu gün Tehranda Amerikanın casusluq yuvası qarşısında 13 aban Yəumullah yürüşlərində deyib: 13 aban Amerikanın İran xalqına qarşı açıq aşkar düşmənçiliyi və xəbisliyinin ilk günü deyil və düşmənçilik davam edir və Amerika İran məsələlərinə müdaxilə etməkdən əl çəkməyəcək. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Donald Trampın anti-İran siyasətlərinin bu gün İran xalqını küçələrə çəkdiyini bildirərək deyib: Aeronavtika, nüvə və raket sahələrində elmi inkişafı əngəlləməyə cəhd, dövləti devirmək çərçivəsində hərəkətlər, hərbi proqramlara qarşı planlar, Islam Respublikasına qarşı siyasi təşəbbüslər və propaqandalar, qonşuları təhrik etməklə çaxnaşma yaratmağa cəhdlər və Islam Inqilabının imicini zədələmək, Amerikanın İran İslam Respublikasına qarşı hərəkətlərinin kiçik bir hissəsini təşkil edir. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi düşmənlərin İranın güclənməsinə etiraf etdiklərini xatırladaraq deyib: İran xalqı region və dünyada öz mövqeyini təsbit edib, təhdidləri fürsətə çevirib və inkişaf yolundadır. İran İslam Respublikası qüdrət və sabitliyin zirvəsindədir. 

Teqlər