Noy 04, 2017 16:25 Asia/Baku
  • İmam Hüseyn(ə) ərbəini şiələr və islam dünyasının vəhdəti simvoludur
    İmam Hüseyn(ə) ərbəini şiələr və islam dünyasının vəhdəti simvoludur

İran İslam Respublikası Prezident Aparatının rəhbəri Mahmud Vaizi deyib: İmam Hüseyn(ə) ərbəini mərasimi şiələr və islam dünyası üçün vəhdət və həmrəylik simvoludur və onda xalq böyük rol oynayır.

Mahmud Vaizi dünən gecə İranın cənub qərbində Xorrəmşəhr icra hakimiyyəti binasında keçirilən Ərbəin komitəsinin iclasında region və İranın həssas şəraitinə toxunub və İranda milli vəhdətin gücləndirilməsinə təkid edərək deyib: İran xalqı göstərib ki, düşmən islami quruluşa zərbə endirmək istəyərsə, düşüncə və etnik fərqliliklərinə baxmayaraq vahid səs olacaq və düşmən qarşısında müqavimət göstərəcək. 

İran İslam Respublikası Prezident Aparatının rəhbəri Ərbəin mərasiminin keçirilməsində xalqın roluna toxunaraq deyib: İranın hərbi qüvvələri, icra orqanları və hüquq-mühafizə qüvvələri Ərbəin zəvvarları üçün sakitlik yaratmağa və onların heç bir nigarançılıq olmadan ərbəin mərasimində iştirakını təmin etməyə səy göstərirlər. 

Vaizi həmçinin Şələmçə-Bəsrə dəmiryolu xəttinin inşası barədə deyib: 20 km uzunluğunda olacaq bu dəmiryolu xəttinin inşası böyük zərurət daşıyır, ona görə ki, zəvvarların gediş-gəlişində, xüsusilə Xuzistan ostanının əhalisi üçün böyük xidmətlər təqdim edə bilər. 

Teqlər