Noy 05, 2017 18:08 Asia/Baku
  • General Cəfəri: İran tərəfindən Yəmənə raketin verilməsi iddiası əsassızdır

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: Donald Trampın İran tərəfindən Yəmənə raketin verilməsi iddiası əsassızdır.

Amerika prezidenti Donald Tramp bu gün Yaponiyaya daxil olmazdan öncə əsassız bir iddiada Yəməndən Ərriyada raket atışının məsuliyyətinin İranın üzərinə düşdüyünü bildirib.

General-leytenant Mohəmməd Əli Cəfəri bu gün müxbirlərlə müsahibədə Trampın İranın Yəmənə raket yardımı göstərməsinə dair iddiasına reaksiyada vurğulayıb ki, Trampın əsassız sözləri İrana qarşı bir çox töhmətlərdən biridir.
 

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı bildirib ki, İranın Yəmənə raket köçürmək imkanı yoxdur. O, deyib: Yəmənin keçmişdəkinə nisbətən daha uzaq mənzilli olan yeni raketləri bu ölkənin özünə aiddir.

O, həmçinin Livanın istefa vermiş baş naziri Səəd Həririnin İranı regiona müdaxilə etməkdə ittiham etmək üzrə sözləri barədə deyib: Səəd Həririnin öz vəzifəsindən istefa vermək üzrə hərəkəti sionist rejimin və səudların sifarişləri əsasında planlaşdırılaraq, icra olunubdur.

Səəd Həriri dünən Ərəbistanda vəzifəsindən istefa verib. O, sonra İranı regionun ərəb ölkələrinə, o cümlədən Livana müdaxilə etməkdə ittiham və iddia edibdir ki, Livan Hizbullahı İranın regiondakı qoludur.

 

 

Teqlər