Şəmxani: Həririnin istefası azad xalqlar əleyhinə məkrli plandır
https://azeri.sahartv.ir/news/İran-i286175-Şəmxani_həririnin_istefası_azad_xalqlar_əleyhinə_məkrli_plandır
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Livan baş naziri Səd Həririnin Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda istefa verməsi azad xalqlar əleyhinə məkrli plan və fəndlərdəndir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2017 08:10 Asia/Baku
  • Şəmxani: Həririnin istefası azad xalqlar əleyhinə məkrli plandır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Livan baş naziri Səd Həririnin Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda istefa verməsi azad xalqlar əleyhinə məkrli plan və fəndlərdəndir.

Səd Həriri şənbə günü Səudiyyə Ərəbistanında öz vəzifəsindən istefa verdi. O istefa verdikdən sonra İran İslam Respublikasını regionun ərəb ölkələri, o cümlədən Livanda müdaxilə etməkdə suçladı və Livan Hizbullahının İranın regiondakı qolu olduğunu iddia etdi. 

Əli Şəmxani bazar günü İRİB-ə müsahibəsində Livan baş nazirinin Ər-Riyadda qəfil istefasının pərdəarxası məsələləri haqda deyib: Bu iş azad xalqların asılı başçıların ardınca getməsi mənasında deyil, əksinə xalqlar özləri öz yollarını təyin edirlər. 

İranın Ali Mİlli Təhlükəsizlik Şurasının katibi bildirib: Ərəbistanın Livanla etdiyi iş ABŞ-ın Ərəbistanla etdiyi işin bənzəridir. Vaşinqtonun göstəriş verdiyi və Ər-Riyadın yerinə yetirdiyi kimi, Ər-Riyad da Beyruta göstəriş verir və Səd Həriri onu yerinə yetirir. 

Livanın hazırkı və sabiq rəsmiləri və siyasi ekspertləri baş nazir Səd Həririnin gözlənilməz istefasının əsas səbəbini Ali-Səud rejimini təzyiqləri adlandırıblar.