Noy 07, 2017 11:59 Asia/Baku
  • Ruhani: İran Pakistanla hərbi əməkdaşlıqların genişləndirilməsini müsbət qarşılayır
    Ruhani: İran Pakistanla hərbi əməkdaşlıqların genişləndirilməsini müsbət qarşılayır

İran İslam Respublikası prezidenti Pakistan ordusunun komandanı ilə görüşdə regionun təhlükəsizliyi və stabilliyinin möhkəmləndirilməsi istiqamətində Tehran və İslamabad arasında müdafiə və hərbi əməkdaşlıqların inkişaf etdirilməsini müsbət qarşılayıb.

Həsən Ruhani bazar ertəsi günü Tehranda Pakistan ordusunun komandanı Qəmər Cavid Bacva ilə görüşdə əlavə edib: İran və Pakistan hökumətlərinin münasibətlər və silahlı qüvvələrin əməkdaşlığının gücləndirilməsi üzrə iradəsini nəzərə alaraq birgə təlimlər və hərbi təlimlərlə bağlı fəaliyyətləri genişləndirməklə bu əməkdaşlıqlar hərbi sənayedə əməkdaşlığı və təcrübələrin nəqlini artıra bilər. 

İran prezidenti terrorizm, firqə və etnos ixtilaflarını islam dünyasının iki problemi adlandırıb və bildirib: Müsəlmanlar arasında birlik və qardaşlıq güclənərsə, şübhəsiz islam ölkələri başqalarının iştirakı olmadan problemləri həl edə biləcəklər. 

Ruhani iki ölkənin birgə sərhədlərinin təhlükəsizliyinin maksimum şəkildə gücləndirilməsini vurğulayaraq xatırladıb: İran və Pakistan sərhədləri iki ölkə xalqları arasında dostluq, inkişaf və turizm sərhədləri olmalıdır və bəzi terror qruplaşmalarının bu sərhədləri destabil etməsinə icazə verilməməlidir. 

Pakistan ordusunun komandanı Qəmər Cavid Bacva da İran və Pakistan əlaqələrini köklü və dərin əlaqələr adlandırıb və bildirib: İslamabad Tehranla hərbi və müdafiə əməkdaşlıqlarının genişləndirilməsində maraqlıdır. 

Pakistan ordusunun komandanı həmçinin deyib: Bəzi islam ölkələri arasında ixtilaflar müzakirə masasında həll olunmalıdır və qərb ölkələrinə öz silahlarını satmaq məqsədilə bu ixtilafları qızışdırmaq icazəsi verilməməlidir. 

Teqlər