Ruhani: ABŞ və sionist rejim daim region xalqlarının bədxahları olublar
İran prezidenti deyib: Amerika və sionist rejim daim region xalqlarının bədxahları olublar və regionda iştirak və hegemonçuluq üçün bəhanələr yaradıblar ki, regionun nefti və sərvətini talan etmiş olsunlar.
Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında əlavə edib: Böyük və qərbli qüdrətlər daim region ölkələri və xalqları arasında ixtilaf salmaq ardınca olublar və ümid edirik ki, bəzi region ölkələrinin hökmranları da bu reallığı dərk edərək, region xalqlarının birliyi və həmkarlığı istiqamətində qərar tapacaqlar.
İran prezidenti deyib: Amerika dövləti region ölkələrini, xüsusən Ərəbistanı qarət etməkdə xas məharətə malikdirlər ki, müxtəlif silahlar satmaqla regionda atəş alovunu yanıq saxlasınlar.
O, Ərəbistanın region, o sıradan İra, Suriya və Yəmən xalqları ilə düşmənçiliyinə işarə edərək, deyib: İran İslam Respublikası xeyirxahlıqdan savayı region xalqları üçün başqa bir niyyəti yoxdur və İranın regionda istəyi, Yəmən, Suriya, İraq və hətta Ərəbistan üçün sülh, təhlükəsizlik, sabitlik və inkişafdır.
Ruhani bildirib ki, regiona ölkələrinə qarşı bombardmanlar və təcavüzlər dayandırılmalıdır. O, deyib: İranın regionda müdaxiləsi barədə ittiham elə bir haldadır ki, İran İslam Respublikası İraq və Suriyanın istəyi ilə və terrorizmlə mübarizə üçün bu ölkələrə kömək istiqamətində qərar tapıb və İŞİD-i uğursuz qoya bilibdir.
İran prezidenti Ərəbistan başçılarına xitabən deyib: Əgər zənn edirsinizsə ki, İran sizin dostunuz deyil, belə bir fikir strateji bir xətadır.
Ruhani həmçinin ümidvarlıq edibdir ki, Ərəbistan region xalqları ilə düşmənçilikdən əl cəkərək, dostluq yolunu seçəcək.